Home » Bank BTB MİDA xətti ilə verilən Güzəştli İpoteka kreditləri üzrə aparıcı bank mövqeyini qoruyur

Bank BTB MİDA xətti ilə verilən Güzəştli İpoteka kreditləri üzrə aparıcı bank mövqeyini qoruyur

by anar
0 comments 2 views 1 minutes read

Güzəştlə mənzil əldə etmək hüququna malik olan vətəndaşlar, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən mənzillərin alınması üçün Bank “BTB”-yə müraciət edə bilərlər.

Qeyd edək ki, MİDA 2016-cı ildən fəaliyyət göstərir və Bank “BTB” 2017-ci ildən etibarən bu Agentliklə əməkdaşlıq edir. Artıq 7 il ərzində bank 4%-lə güzəştli ipoteka kreditləri təklif edir. Bu günə qədər Bank “BTB” vasitəsilə 1400 vətəndaşa 59 milyon manatdan çox güzəştli MİDA krediti verilib.

Bank, MİDA mənzillərinin alınması üçün ilkin ödəniş 10% olmaqla, illik 4%-lə, 30 il müddətə, 100 000 AZN məbləğə qədər güzəştli ipoteka kredit təklif edir. MİDA xətti ilə satılan mənzillər üzrə kreditin rəsmiləşdirilməsi bir (1) iş günü ərzində, 0 komissiya ilə həyata keçirilir. Həmçinin, bank tərəfindən mənzil sahiblərinə dəyərli hədiyyələr təqdim olunur.

Beləliklə, Bank “BTB”-dən güzəştli ipoteka krediti üçün müraciət etməyə üç əsas səbəb:

  1. Peşəkar çevik xidmət: Sənədləşmə yalnız 1 iş günü ərzində tamamlanır.
  2. 0% komissiya haqqı: Kreditin rəsmiləşdirilməsi zamanı müştəridən komissiya tutulmur.
  3. Dəyərli hədiyyələr: Güzəştli mənzilləri Bank “BTB”-də rəsmiləşdirən müştərilərə məişət əşyaları hədiyyə olunur.Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə ətraflı məlumat almaq üçün  Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələri və (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı üzrə müraciət edə bilərlər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.