Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bank “BTB” yüksək gəlirli “Əmanət kampaniyası”nı təqdim edir - BBN

Bank “BTB” yüksək gəlirli “Əmanət kampaniyası”nı təqdim edir

Kampaniyanın şərtlərinə əsasən manat vəsaitlərinizi 12 aydan 36 ayadək Bank BTB-yə etibar edə bilərsiniz. Faizlərin ödənilməsi əmanətin müddətindən asılı olaraq aylıq əsasda və ya müddətin sonunda həyata keçəcək. Vəsaiti 12-36 ayadək yerləşdirdikdə aylıq 11.5%, müddətin sonunda isə 12% gəlir qazandıracaq.

Qeyd edək ki, Bank BTB-də yerləşdirilən əmanətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun qaydalarına uyğun olaraq sığortalanır. Kampaniyanın müddəti 07 yanvar 2025-ci il tarixindən 28 fevral 2025-ci il tarixinədək davam edəcək.

 

Müddətli əmanət
Müddət Faizlərin ödənilməsi Faiz Valyuta
12-36 ay Aylıq 11.5% AZN
Müddətin sonunda 12% AZN

 

  • Əmanət üzrə faizlərin ödənilməsi – Aylıq və ya Müddətin sonunda;
  • Əmanət məhsulunun növü – “Müddətli” əmanət;
  • Əmanətin açılması üçün minimal məbləğ – 100 AZN

Nəzərinizə çatdıraq ki, kampaniya 28  fevral 2025-ci il tarixinədək davam edəcək.

Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.

Kampaniyadan yararlanmaq istəyən şəxslər vaxt itirmədən Bank BTB-nin filial şəbəkəsinə və ya bankın onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946)  nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.

 

Related posts

Mərkəzi Bank innovativ maliyyə məhsullarının sınağı üçün müraciət qəbuluna başlayıb

Özbəkistanda sığorta sektorunun ÜDM-də payı Azərbaycandan aşağıdır

Azərbaycan bank sektorunun aktivləri 59,2 milyard manata yüksəlib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı