Home » Bank “BTB” Zəfər Günü münasibəti ilə sərgi təşkil edib

Bank “BTB” Zəfər Günü münasibəti ilə sərgi təşkil edib

by anar
0 comment 0 views 2 minutes read

Bank “BTB” Zəfər Günü münasibəti ilə “Autizmli Uşaqların Ailələrinə Dəstək” İctimai Birliyi ilə korporativ sosial məsuliyyət çərçivəsində sərgi təşkil etdi. Bu sərgidə autizm və daun sindromlu uşaqlar bankın Zəfər Gününə öz rəngli xəyalları və yaradıcılıqları ilə töhfə verdilər. Gənc istedadlar Zəfər Gününün rəmzinə çevrilmiş Şuşa Qalasının, Qəhrəman xalqın yüksələn bayrağının təsvirləri ilə yanaşı Bank “BTB” yə dair bir-birindən rəngərang rəsmlər təqdim etdilər.

6 Noyabr 2024-cü ildə Bank “BTB”-nin baş ofisində  baş tutan tədbirdə Bank BTB-nin rəhbərləri və qonaqlar sərgidə iştirak etdilər. Qonaqları salamlayan Biznesin İnkişafı və Marketinq departamentinin rəhbəri Aynur Nurəliyeva, bu unikal sərginin məqsədi və əhəmiyyəti barədə geniş məlumat verdi.

Bank BTB-nin İdarə heyəti sədri v.i.e. Eldəniz Hüseynov tədbirin açılışında çıxış edərək Bank BTB-nin sosial məsuliyyətinə olan bağlılığını vurğulayıb və bu layihənin bankın əməkdaşları ilə birgə xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında mənəvi bir körpünün yarandığını qeyd etdi. Eldəniz Hüseynov: “Bank “BTB”, qurulduğu gündən etibarən yalnız maliyyə sektorunda deyil, həm də sosial məsuliyyət layihələrində fəal iştirak etməyi özünün prioritetlərindən biri hesab edir. Bu sərgi, bankın davamlı olaraq həyata keçirdiyi sosial layihələrin bir parçası kimi, autizm və daun sindromlu uşaqlara dəstək göstərmək və onların yaradıcılığını cəmiyyətə tanıtmaq məqsədi daşıyır.”

Sərginin konsepsiyasını xüsusi edən məqam isə Şamxal Xələflinin I Dünya müharibəsi qazisinin övladı olaraq bu təşəbbüsə dəstək verməsi oldu.

Tədbirdə “Autizmli Uşaqların Ailələrinə Dəstək” İctimai Birliyinin layihə rəhbəri Zəhra Xələfli çıxış edərək, bu cür dəstəyin autizm və daun sindromlu uşaqların həyatına müsbət təsirindən bəhs etdi. Uşaqların yaradıcılığını əks etdirən bu əsərlər sərgi müddətində satışa çıxarıldı və toplanan vəsait gənc rəssamlara təqdim olundu.

Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.