Home » Bank “BTB”də yeni təyinat

Bank “BTB”də yeni təyinat

by Aytac
0 comments 1 views 1 minutes read

Bank “BTB” ASC-də Risklərin idarə edilməsi departamentinə rəhbər təyin olub.
Bankdan bildirilir ki, Emin Bədirxanov Bankın Risklərin idarə edilməsi departamentinə direktor vəzifəsinə təyin olunub.

O, bankın kreditlərə nəzərət və anderraytinq, daxili nəzarət və risklərin təhlilinə rəhbərlik edəcək. Emin Bədirxanovun rəhbərliyi altında Risklərin idarə olunmasında innovativ həllərin, müasir texnologiyaların, qabaqcıl metodların və məlumat əsaslı yanaşmaların praktiki tətbiqi ilə risklərin daha effektiv şəkildə proqnozlaşdırılması, monitorinqi və cavablandırılması hədəflənir.

Emin Bədirxanov Bank karyerasına Almaniyada, Sparda-Bankda başlayıb, daha sonra Azərbaycanda “Parabank”-da Keyfiyyətə Nəzarət Şöbəsinin rəhbəri kimi davam edib.  “Nikoyl Bank”, “Expressbank”, “Bank Avrasiya”-da Risklərin idarə olunması sahəsində rəhbər vəzifələrdə çalışıb. 2025-ci ilin iyul ayından etibarən Bank “BTB”-nin əmək kollektivi sıralarına qatılıb. Qeyd edək ki, Emin Bədirxanov Almaniyanın BTU (Branderburgische Technische Universitat Cottbus Germany) universitetinin magistridir. Bir çox yerli və xarici təlimlərdə iştirak edərək nüfuzlu sertifikatlarla təltif edilib.

Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.

 

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.