Home » Bank işçiləri arasında həvəskar badminton turniri keçirilib

Bank işçiləri arasında həvəskar badminton turniri keçirilib

by bbnadm
0 rəy 2 baxış 1 dəqiqə oxuma

21 may 2022-ci il tarixində 1 saylı idman liseyində Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən müxtəlif bankların əməkdaşları arasında həvəskar badminton yarışı keçirilib. 32 kişi və qadın bamdintonçu şəxsi kateqoriyada qüvvəsini sınayıb:

Şəxsi. Kişilər: 1.Ramiz Əbilov (PAŞA Bank) 2.Kamil Abdullayev (Rabitəbank) 3.Hikmət Rüstəmov (Rabitəbank)

Qadınlar: 1.Aynur Qənbərova (Yelo Bank) 2.Ülviyyə Müzəffərli (AccessBank) 3.Nigar Nabaei (Bank Melli İran)

Turnirin mükafatçıları təşkilatçılar tərəfindən diplom və medallarla təltif olunub. İlk 3 pillənin sahiblərinə hədiyyə kuponları təqdim edilib.

Yarışın keçirilməsində məqsəd ölkənin bank sektorunda badminton idman növünə marağın artırılması, o cümlədən bu idman növünün inkişafına biznes və maliyyə sektorunun dəstəyinin stilmullaşdırılmasıdır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.