Mediasiya Şurası Maliyyə Mübahisələri Komitəsinin layihəsi çərçivəsində növbəti təlim keçirilib. Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə, Mediasiya Şurası və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında imzalanmış memorandum çərçivəsində, 6 iyun 2023-cü ildə “Bakı KOB evi”ndə “Bank mübahisələri zamanı mediasiya prosesi” mövzusunda təlim keçirilib.
ABA-nın layihələr üzrə meneceri ve Bank Ombudsmanının məsul katibi, mediator Elçin Həsənov və Mediasiya Şurası İnsan Hüquqları departamentinin müdiri Turanə Həsənova tərəfindən keçirilən təlimdə müxtəlif bankların Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən filiallarının əməkdaşları iştirak edib. Təlim zamanı bank sektorunda yarana biləcək problemlərin alternativ həlli yolu kimi mediasiyanın əhəmiyyəti, mediasiya alətlərindən düzgün istifadə və problemlərin həlli yolları kimi məqamlara toxunulub. Daha sonra istirakçılarla birlikdə simulyasiya həyata keçirilib.
Təlim real keyslər üzərində müzakirələrlə davam edib.