Home » Bank of Baku-da fiziki şəxslərin depozitləri 25% artıb

Bank of Baku-da fiziki şəxslərin depozitləri 25% artıb

by yunus
0 comments 0 views 1 minutes read

Bank of Baku-nun depozit portfeli 1 yanvar 2026-cı il tarixinə 740 milyon 257 min manat təşkil edib. 

BBN.az xəbər verir ki, bankın depozit portfeli illik müqayisədə 147 milyon 742 min manat və ya 24,9% artıb.

Hesabat dövründə bankda fiziki şəxslərin depozitləri 669 milyon 360 min manat, hüquqi şəxslərin depozitləri isə 70 milyon 896 min manat təşkil edib.

2025-ci ilin əvvəli ilə müqayisədə fiziki şəxslərin depozitləri 134 milyon 164 min manat (25,1%), hüquqi şəxslərin depozitləri isə 13 milyon 577 min manat (23,7%) artıb.

2024-cü ilin sonunda depozitlərin məbləği müvafiq olaraq 535 milyon 196 min manat və 57 milyon 319 min manat təşkil edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.