Home » Bank of Baku-dan dünya çempionatına özəl lotereya!

Bank of Baku-dan dünya çempionatına özəl lotereya!

by bbnadm
0 rəy 0 baxış 3 dəqiqə oxuma

Hər zaman müştərilərini sevindirməyə çalışan Bank of Baku bu dəfə futbol azərkeşlərinin ürəyindən xəbər verəcək lotereya kampaniyasına start verir.

Qətərdə baş tutacaq futbol üzrə 2022-ci il dünya çempionatına özəl olaraq keçirilən lotereyada bütün DostBank istifadəçiləri iştirak edə bilər. DostBank-da minimum 10 AZN ödəniş edərək lotereyada qalib olan şəxsləri aşağıdakı hədiyyələr gözləyir:

1. Futbol üzrə 2022-ci il dünya çempionatının qalibi olmuş ölkəyə 2 nəfərlik səyahət paketi (aviabilet, mehmanxana,transfer,səhər yeməyi, viza dəstəyi);
2. 2022 AZN pul mükafatı;
3. 5  ədəd –  Futbol üzrə 2022-ci il dünya çempionatının qalibi olmuş ölkənin futbol komandasının rəsmi uniforması;
4. 10 ədəd – Futbol üzrə 2022-ci il dünya çempionatının futbol topu.

Bank of Baku-nun Dostbank mobil tətbiqində edilən hər 10 AZN-lik uğurlu ödəniş, lotereyada 1 iştirak şansı verir. Müştərinin lotereya dövrü ərzində aşağıda qeyd olunan kateqoriyalar üzrə ödənişlərin miqdarı sonda cəmlənəcək. Məsələn: Müştəri lotereya dövrü ərzində 11 AZN, 15 AZN, 8 AZN-lik ödənişlər edibsə, ödənişlər toplanır – 11+15+8=34. Deməli, müştəri lotereyada 3 iştirak şansı əldə edir. Ümumilikdə hər 10 AZN-lik ödənişlərə 1 iştirak şansı verən əməliyyatlara daxildir:

  • Mobil operator ödənişləri;
  • Kommunal ödənişlər;
  • TV və internet provayder ödənişləri;
  • Büdcə ödənişləri;
  • Stasionar telefon ödənişləri.

Dostbank mobil tətbiqində edilən hər 50 AZN-lik uğurlu ödəniş də lotereyada 1 iştirak şansı qazandıracaq. Bu zaman da müştərinin lotereya dövrü ərzində aşağıda qeyd olunan kateqoriyalar üzrə ödənişlərin miqdarı sonda  cəmlənəcək. Məsələn: Müştəri lotereya dövrü ərzində 51 AZN, 55 AZN, 100 AZN dəyərində kredit ödənişi edibsə, ödənişlər toplanır – 51+56+100=207. Bununla da müştəri lotereyada 4 iştirak şansı qazanır. Toplamda hər 50 AZN-lik  ödənişlərə 1 iştirak şansı verən əməliyyatlara isə aşağıdakılar daxildir:

  • Bank of Baku üzrə kredit ödənişləri;
  • İpoteka və kredit zəmanət fonduna məxsus kredit ödənişləri;
  • Baku Electronics və Bank olmayan kredit təşkilatları TCF və Embafinans-a məxsus kredit ödənişləri.

Qeyd edək ki, lotereyada yalnız DostBank-da ödəniş edən Bank of Baku müştəriləri iştirak edə bilər. Bir müştəri lotereyada yalnız bir dəfə qalib ola bilər və Bank of Baku-nun əməkdaşları lotereyada iştirak hüququna sahib deyil.

Lotereya 20.11.2022 – 20.12.2022-ci il tarixlərini əhatə edir. Qaliblərin seçimi 25 dekabr 2022-cü il tarixində birdəfəlik tirajla həyata keçiriləcək.

Bank of Baku-nun təşkil etdiyi lotereyada hədiyyə qazanmaq şansı əldə etmək istəyən şəxslər, bankın məhsullarından faydalanaraq bankın müştərisinə çevrilə və DostBank-dan qeydiyyatdan keçib ödəniş edərək lotereyada iştirak edə bilərlər. 
Lotoreya haqqında ətraflı məlumatı buradan – bit.ly/3TJZepH əldə edə bilərsiniz.

Daha ətraflı məlumat üçün bankın 145 Məlumat Mərkəzinə zəng edərək, Bank of Baku-nun rəsmi veb səhifəsinə www.bankofbaku.com və ya Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq olar.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.