Home » Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

by yunus
0 comments 2 views 1 minutes read

Yeni fəaliyyətə başlayan “Gəncə KOB evi” binası daxilində yerləşən “KOB Gəncə” filialının açılış tədbiri 19 mart tarixində keçirilib və filial ilk müştərilərini qəbul edib.

“KOB Gəncə” filialında müştərilər Bank of Baku-nun təqdim etdiyi bütün xidmət və məhsullarından yararlana biləcəklər. Filialda kredit məhsulları, bank kartları, əmanətlər, kassa əməliyyatları, yerli və beynəlxalq pul köçürmələri, ödənişlər və s. xidmətlər üçün bütün imkanlar yaradılmışdır.

Qeyd edək ki, Bank of Baku-nun “KOB Gəncə” filialı həftənin 5 günü saat 09:00-dan 17:00-a qədər müştərilərə xidmət göstərəcək. Filial Kəpəz rayonu, Zərifə Əliyeva prospekti 166 ünvanında yerləşir.

Məlumat üçün bildirək ki, sözügedən filialın istifadəyə verilməsi ilə Bank of Baku filiallarının ümumi sayı 21-ə çatıb. Bank hazırda 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.

Bank of Baku-nun məhsul və xidmətləri haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, bankın rəsmi veb səhifəsi – www.bankofbaku.com daxil olaraq tanış olmaq olar.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.