Home » “Bank of England” son 33 ildə ilk dəfə aqressiv faiz artımı qərarı qəbul edib – Mərkəzi Bankdan xəbərdarlıq

“Bank of England” son 33 ildə ilk dəfə aqressiv faiz artımı qərarı qəbul edib – Mərkəzi Bankdan xəbərdarlıq

by bbnadm
0 comments 0 views 1 minutes read

Gözlənildiyi kimi İngiltərənin Mərkəzi Bankı (Bank of England) son 33 ildə ilk dəfə aqressiv faiz artımı qərarı qəbul edib və uzunmüddətli iqtisadi tənəzzülün olacağının xəbərdarlığını da edib. 

BBN.az Amerikanın CNN Business nəşrinə istinadən xəbər verir ki, bankın noyabrın 3-dəki qərarına, əsasən faiz dərəcələrini 0.75% artıraraq 2.25%-dən 3%-ə yüksəldib.

Bildirək ki, bu bankın 1 ildən az bir müddətə qəbul etdiyi 8-ci qərardır, faiz dərəcələrinin 3-ə yüksəldilməsi isə 2008-ci ilin noyabrından bu yana ilk dəfə ən yüksək artım hesab edilir. 

Mərkəzi Bankın rəhbəri Andrew Bailey isə açıqlamasında qeyd edib ki, “inflyasiya olduqca yüksəkdir və onu aşağı salmaq isə Mərkəzi Bankın işidir”. O, bu bəyanatla qərar açıqlandıqdan sonra mətbuat konfransında deyib. “Əgər indi biz güc hesabına qərarlar qəbul etməsək, bu halda vəziyyət daha sonra pis olacaq”.

Əlavə edək ki, hazırda Böyük Britaniyada inflyasiya son 40 ilin ən yüksək səviyyəsindədir, 10.1%-dir.

Qeyd edək ki, daha öncə faiz dərəcələrinin artırılması istiqamətində ötən həftə Avropanın Mərkəzi Bankı, bu həftənin çərşənbə günü isə ABŞ-ın Mərkəzi Bankı (FED) qərar qəbul etmişdi. 

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.