Home » Bank Respublika 2025-ci ilin 9 ayı üzrə inamlı artım nümayiş etdirib

Bank Respublika 2025-ci ilin 9 ayı üzrə inamlı artım nümayiş etdirib

Bank Respublika cari ilin üçüncü rübündə biznesin bütün seqmentləri üzrə dinamik inkişaf göstərib

by anar
0 comments 0 views 1 minutes read

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, 2025-ci ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabata əsasən, bank sabit artım dinamikası nümayiş etdirərək Azərbaycanın ən fəal inkişaf edən maliyyə institutlarından biri statusunu bir daha təsdiqləyib.
Əldə olunan nəticələr bankın fəaliyyət istiqamətlərinin balanslı inkişafını və müştərilər, eləcə də tərəfdaşlar arasında yüksək etimadı əks etdirir.

Belə ki, Bank ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün əsas maliyyə göstəriciləri üzrə əhəmiyyətli artım nümayiş etdirib:

2025-ci ilin üçüncü rübü üzrə əsas maliyyə göstəriciləri:

  • Aktivlər26,3% artaraq 2,72 milyard manat təşkil edib;
  • Məcmu kapital – 20,5% artaraq 249,04 milyon manata çatıb;
  • Kredit portfeli – 16,6% artaraq 1,58 milyard manat təşkil edib;
  • Depozit portfeli – 12,9% artaraq 1,52 milyard manat olub;
  • Xalis faiz gəlirləri – 16,0% artaraq 126,89 milyon manat təşkil edib;
  • Xalis əməliyyat mənfəəti – 12,44% artaraq 58,63 milyon manata çatıb;
  • Xalis mənfəət – 9,9% artaraq 43,17 milyon manat təşkil edib.

Maliyyə sabitliyinin əsas göstəriciləri:

  • I dərəcəli kapitalın adekvatlıq əmsalı (Tier I)10,26% (norma — 6,5%);
  • Məcmu kapitalın adekvatlıq əmsalı13,74% (norma — 12,5%);
  • Leverec əmsalı6,77% (norma — 5%).

1992-ci ildə təsis olunan Bank Respublika, bu gün Azərbaycanın aparıcı beş bankından biri kimi fəaliyyətini uğurla davam etdirir. Bankın səhmdarları arasında Almaniyanın ən iri maliyyə qurumlarından biri olan Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe-nin üzvü) da yer alır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.