Home » Bank Respublika cari ilin birinci yarımilliyi üzrə bütün əsas maliyyə göstəriciləri üzrə artım nümayiş etdirib

Bank Respublika cari ilin birinci yarımilliyi üzrə bütün əsas maliyyə göstəriciləri üzrə artım nümayiş etdirib

Bank Respublika ölkənin bank sektorunun liderlərindən biri statusunu bir daha təsdiqləyib.

by yunus
0 comments 3 views 1 minutes read

Bakı, 14 iyul, 2025. Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, 2025-ci ilin birinci yarımilliyi üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabata əsasən, Bank Respublika ölkənin bank sektorunun liderlərindən biri olduğunu bir daha təsdiqləyib və fəaliyyətinin əsas istiqamətlərində sabir və dayanıqlı artım nümayiş etdirib.

 

Bu uğurlar müştəriyönümlü strategiyanın, rəqəmsal texnologiyalara yatırılan investisiyaların, risklərin effektiv idarə edilməsininşaxələndirilmiş biznes modelinin nəticəsidir.

 

Belə ki, Bank ötən ilin analoji dövrü ilə müqayisədə bütün əsas maliyyə göstəriciləri üzrə artım nümayiş etdirərək nəzərəçarpacaq müsbət nəticələr əldə edib:

 

2025-ci ilin birinci rübü üzrə əsas maliyyə göstəriciləri:

  • Aktivlər 19,5% artaraq 2,66 milyard manata çatıb
  • Məcmu kapital 23,8% artaraq 240,04 milyon manata yüksəlib
  • Kredit portfeli 22,8% artaraq 1,53 milyard manata çatıb
  • Xalis faiz gəlirləri 15,1% artaraq 81,6 milyon manat təşkil edib
  • Xalis əməliyyat mənfəəti 14,06% artaraq 35,86 milyon manata çatıb
  • Xalis mənfəət 14,7% artaraq 27,9 milyon manat təşkil edib

 

Maliyyə sabitliyinin mühüm göstəriciləri:

  • I dərəcəli kapitalın adekvatlıq əmsalı — 9,35% (norma 6,5%)
  • Məcmu kapitalın adekvatlıq əmsalı — 14,09% (norma 12,5%)
  • Leverec əmsalı — 5,89% (norma 5%)

 

1992-ci ildə təsis olunan Bank Respublika, bu gün Azərbaycanın aparıcı beş bankından biri kimi fəaliyyətini uğurla davam etdirir. Bankın səhmdarları arasında Almaniyanın ən iri maliyyə qurumlarından biri olan Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe-nin üzvü) da yer alır.

 

 

 

📌 Daha ətraflı məlumat üçün:
🌐 Veb sayt: www.bankrespublika.az
📱 Sosial şəbəkələr:  🔵 Facebook | 📸 Instagram | 🔗 LinkedIn      | 📨 Telegram
📞 Çağrı Mərkəzi: 144

 

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.