Home » Bank Respublika Naxçıvanda aztəminatlı ailələrə dəstək oldu!

Bank Respublika Naxçıvanda aztəminatlı ailələrə dəstək oldu!

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Ölkəmizin aparıcı banklarından biri olan Bank Respublika, aztəminatlı ailələrin sosial rifahını yaxşılaşdırmaq məqsədilə Özünüməşğulluq layihəsi çərçivəsində vətəndaşlara dəstək olmağa davam edir.

Bankın əməkdaşları Şərur, Kəngərli, Babək, Culfa, Ordubad rayonlarında eləcə də Naxçıvan şəhərində sosial müdafiəyə xüsusi ehtiyacı olan aztəminatlı ailələrlə görüşərək onların şəxsi biznes yaratmaq arzularını reallaşdırıb.

Belə ki, Bank sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslərin istəklərini həyata keçirərək onları əvəzsiz olaraq dərzi sexi, dəmirçi sexi, avtomobil şinlərinin bərpası və təmiri xidmətləri, eləcə də un məmulatlarının istehsalı üçün lazım olan bütün avadanlıqlarla təmin edərək sahibkarlığa başlamalarına təkan vermişdir.

Qeyd edək ki, Özünüməşğulluq layihə çərçivəsində Bank Respublika indiyədək paytaxt Bakı ilə yanaşı ölkənin əksər regionlarında 200-ə yaxın işsiz, əlil, şəhid ailəsi, qazi və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə əvəzsiz olaraq aktivlər təqdim edib.

Bu tədbirlər, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.