Bank Respublika “Gənc Qan Donorlarının IV Ümumrespublika Forumunda” mükafat alıb.
14 iyun – Beynəlxalq Qan Donoru Günü münasibətilə Azərbaycanda könüllü və təmənnasız qan donorluğunun inkişafına dəstək vermək məqsədilə Qan Donorları Assosiasiyasının, Mərkəzi Qan Bankının, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Qırmızı Ürəklər (Red Hearts) Fondunun birgə tərəfdaşlığı ilə “Gənc Qan Donorlarının IV Ümumrespublika Forumu” keçirilib.
Forumun keçirilməsində əsas məqsəd ölkəmizdə qan donorluğunun inkişafına dəstək, könüllü qanvermənin əhəmiyyəti barədə insanların məlumatlandırılması, daha çox insanın könüllü donorluğa həvəsləndirilməsi, eyni zamanda, qan donorluğu istiqamətində cəmiyyətin maarifləndirilməsi olub.
Azərbaycanda qan donorluğunun inkişafında fəal iştirakına və verdiyi dəstəyə görə Bank Respublika xüsusi təşəkkürnamə ilə təltif edilib.
Qeyd edək ki, “Bank Respublika”nın kollektivi qanvermə aksiyalarında daim iştirak edir, xroniki və irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək məqsədi daşıyan bu işlərdə öz töhfəsini verir. Bank hər il “Dəstək olaq, təbəssümlər çoxalsın!” şüarı ilə Bank Respublikanın Baş ofisində Bankın rəhbərliyi və əməkdaşlarının iştirakı ilə könüllü qanvermə aksiyası keçirir.
Bank Respublika hər kəsi bu cür aksiyalarda iştirak etməyə, donor olaraq ehtiyacı olanlara dəstək olmağa çağırır!
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.