- “Bank Respublika”nın Füzuli filialı fəaliyyətə başladı
2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri qətiyyətli əks-hücum əməliyyatlarına başlayaraq yeni bir tarix yazdı. Bu Qələbə Ali Baş Komandan Prezident İlham Əliyevin düşünülmüş siyasəti və möhkəm iradəsinin, Müzəffər Ordumuzun şücayəti, eləcə də xalqımızın onun ətrafında dəmir yumruq kimi birləşməsinin nəticəsi idi.
Ölkənin aparıcı banklarından biri kimi Bank Respublika da, azad edilən torpaqlarımızda iqtisadi inkişafa öz töhfəsini vermək məqsədilə, “8 noyabr – Zəfər Günü” ərəfəsində yenidən bərpa olunmuş Füzuli şəhərində filialını istifadəyə verdi.
Əlamətdar haldır ki, Füzuli filialının açılışını bildirən rəmzi qırmızı lent məhz “Bank Respublika”nın “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olumuş əməkdaşları tərəfindən kəsilərək müştərilərin istifadəsinə verilmişdir.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsinin müavini Eldar Seyidov ölkənin aparıcı bankından biri olan “Bank Respublika”nın Füzulidə filial açmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və filialın kollektivinə işlərində uğurlar arzulayıb.
Geniş ərazidə yerləşən və müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş filialda müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb. Qeyd edilib ki, Bankın strateji inkişaf proqramında işğaldan azad olunmuş torpaqlarımızın bərpası və dirçəlməsi məqsədilə gələcəkdə yeni filialların aparılması planlanır.
“Bank Respublika”nın hal-hazırda ölkənin bütün regionlarını əhatə edən 36 filialı və 2 şöbəsi var. Bank, filial şəbəkəsinin genişləndirilməsi strategiyasına uyğun olaraq daha bir neçə yeni filial və şöbəni müştərilərin xidmətinə verməyi planlaşdırır.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.