![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Ölkəmizdə beynəlxalq maliyyə qurumları uğurlu əməkdaşlıq əlaqələri quran “Bank Respublika” ASC-ni “Raiffeisen Bank International” (RBI) nüfuzlu mükafata layiq görüb.
Bank, beynəlxalq ödənişlərin yüksək keyfiyyətlə və sürətlə həyata keçirdiyinə görə “RBI STP Quality Award 2022” mükafatı ilə təltif olunub.
STP (“Straight-Through Processing”) beynəlxalq ödənişlərin rəsmiləşdirilməsinin keyfiyyətinin əsas göstəricisidir. Bu zaman ödənişlər müvafiq standartlar qorunmaqla avtomatlaşdırılmış rejimdə həyata keçirilir. Bu da əməliyyatların sürətli baş tutmasına şərait yaradır.
Bu nüfuzlu mükafatın verilməsi “Bank Respublika”nın beynəlxalq ödənişləri yüksək səviyyədə təmin etməsinin daha bir əyani sübutudur. Bank müştərilərinə əsas valyutalarda beynəlxalq hesablaşmalar da daxil olmaqla, kompleks maliyyə xidmətlərini təklif edir. Geniş müxbir hesab şəbəkəsinin mövcudluğu bankın müştərilərinə yüksək keyfiyyətli hesablaşmaların həyata keçirilməsinə imkan verir.
“Bank Respublika” 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları – DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və “Sparkassen International Development Trust” (“Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə – “Müsbət” proqnozlu “B3” reytinqinə (Moody’s) malikdir.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və yaxud Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.