Home » Bank Respublika şəhid və qazi övladları üçün xüsusi layihə həyata keçirdi

Bank Respublika şəhid və qazi övladları üçün xüsusi layihə həyata keçirdi

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

44 günlük Vətən müharibəsi dövlətimizin qüdrətini, ordumuzun gücünü, xalqımızın sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirdi. Dövlət tərəfindən Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələrinə göstərilən qayğı və görülən xeyirxah işlərə ölkəmizdə çoxsaylı sosial layihələr həyata keçirən Bank Respublika da, öz töhfəsini verib.

Belə ki, Bank yeni tədris ilinin başlanması ilə əlaqədar Azərbaycanın müxtəlif regionlarında şəhid və qazi övladları üçün xüsusi aksiya həyata keçirib. Aksiya çərçivəsində  “Bank Respublika”nın nümayəndələri Vətənin müdafiəsi uğrunda igidlik göstərərək şəhid və qazi olmuş əsgər və zabitlərin ibtidai siniflərdə təhsil alan övladlar ilə görüşərək, atalarının vətən uğrunda göstərdiyi qəhrəmanlıqlardan söhbət açıblar.

Həmçinin, uşaqlara yeni tədris ilinin başlanması ilə əlaqədar içərisində müxtəlif dərs ləvazimatları olan və üzərində “Qəhrəman övladı” yazılmış məktəbli çantaları hədiyyə edilib.

Keçirilən görüşlərdə Bankın nümayəndələri torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın övladlarının hər birimiz üçün əmanət olduğunu, şəhid və qazi ailələrinə Bank Respublika tərəfindən daim xüsusi diqqət və qayğı göstəriləcəyini vurğulayıblar.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.