Home » Bank Respublika “Techway” IT təcrübə proqramına start verdi

Bank Respublika “Techway” IT təcrübə proqramına start verdi

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Ölkə bankları arasında informasiya texnologiyalarına (IT) verdiyi xüsusi önəm ilə seçilən Bank Respublika, IT sahəsində baza biliklərə malik universitet məzunu olan gəncləri 3 ay davam edəcək “Techway” təcrübə proqramında iştirak etməyə dəvət edir!

Seçim mərhələsini uğurla keçən iştirakçılar, təcrübə proqramımüddətində Bankın peşəkar əməkdaşları tərəfindən təşkil edilən təlimlərdə iştirak edərək nəzəri biliklərə yiyələnəcək və eyni zamanda real iş mühitində biliklərini tətbiq etmək imkanı qazanacaqlar.

Təcrübə proqramında iştirak edən təcrübəçilərə aylıq ödəniş ediləcək və sonda proqramı uğurla bitirən iştirakçılar “Bank Respublika”da işlə təmin olunacaq.

Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:

  • IT ixtisası üzrə ali təhsil;
  • IT üzrə beynəlxalq seritikatı olanlara üstünlük veriləcək;
  • Analitik düşünmə və fikrini səlis ifadə etmə bacarığı;
  • Ünsiyyətcil olma və komandada işləmək bacarığı.

Proqrama qoşulmaq istəyənlər 01.10.2022-ci il tarixinə kimi CV-lərini mövzu sətrində “Techway” qeyd edərək,  it-cv@bankrespublika.az  ünvanına göndərə bilər.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.