Home » Bank Respublika və Bank of China arasında əməkdaşlıq: Çinlə maliyyə əməliyyatlarında yeni mərhələ

Bank Respublika və Bank of China arasında əməkdaşlıq: Çinlə maliyyə əməliyyatlarında yeni mərhələ

by Aytac
0 comments 416 views 3 minutes read

Bank Respublikanın Korporativ Bankçılıq üzrə İcraçı Direktoru Sadiq İbadov Çinlə artan ticarət dövriyyəsi fonunda Bank of China ilə qurulan əməkdaşlığın biznes üçün yaratdığı imkanlar barədə danışır.

Bank Respublika ilə dünyanın ən iri maliyyə institutlarından biri olan Bank of China arasında əməkdaşlıq necə formalaşıb və bu tərəfdaşlıq nəyi əhatə edir?

Çin hazırda Azərbaycanın xarici ticarətində strateji əhəmiyyətə malik əsas tərəfdaşlardan biridir. 2025-ci ilin yekunlarına əsasən, Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi 4,874 milyard ABŞ dollarına çatıb ki, bu da əvvəlki illə müqayisədə 30 faizdən çox artım deməkdir. Çin Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 9,86 faizini təşkil etməklə ölkəmizin dördüncü ən böyük ticarət tərəfdaşıdır.

Eyni zamanda Çin Azərbaycanın idxalında birinci yerdə qərarlaşır. Bu dinamika Çin istiqamətində maliyyə əməliyyatlarına tələbatı əhəmiyyətli dərəcədə artırır.

Məhz bu iqtisadi reallıqları nəzərə alaraq Bank Respublika ilə Bank of China arasında müxbir hesab əlaqələrinin qurulması strateji zərurət kimi qiymətləndirildi. Bu əməkdaşlıq Çinlə maliyyə əməliyyatlarının daha birbaşa, sürətli və təhlükəsiz həyata keçirilməsinə imkan verir və Azərbaycan–Çin ticarət münasibətlərinin maliyyə infrastrukturunu gücləndirir.

“Yeni mexanizm Çinlə hesablaşmalarda vasitəçilərin sayını azaldır”

 

Bu əməkdaşlıq Azərbaycan sahibkarları üçün hansı real imkanlar yaradır?

Əməkdaşlığın əsas üstünlüyü əməliyyatların sadələşdirilməsi və xərclərin azaldılmasıdır. İndiyə qədər Çinlə hesablaşmalar əsasən bir neçə vasitəçi bank üzərindən aparılırdı. Yeni mexanizm isə bu zənciri qısaldır.

Nəticədə sahibkarlar ödənişlərini daha sürətli həyata keçirə, vasitəçi bank komissiyalarından azad ola və hesablaşmaları birbaşa Çin yuanı (CNY) ilə apara bilirlər. Bu isə valyuta risklərinin minimuma endirilməsinə şərait yaradır.

Bu imkanlar xüsusilə idxal və ixrac fəaliyyəti ilə məşğul olan bizneslər üçün mühüm rəqabət üstünlüyü formalaşdırır.

 

Bank Respublikanın digər ölkələrdə hansı müxbir bank əlaqələri mövcuddur?

Bank Respublika geniş və etibarlı beynəlxalq müxbir bank şəbəkəsinə malikdir. ABŞ və Avropanın aparıcı maliyyə mərkəzlərində birbaşa müxbir hesablarımız mövcuddur.

Xüsusilə qeyd etmək istərdim ki, Bank Respublika qlobal ödəniş infrastrukturunun əsas iştirakçılarından biri olan The Bank of New York Mellon (ABŞ) ilə birbaşa müxbir əlaqələrə malikdir. Bu, bankın beynəlxalq əməliyyatlarının yüksək etibarlılıq və uyğunluq standartlarına cavab verdiyini göstərir.

Bundan əlavə, Commerzbank AG (Almaniya) və Raiffeisen Bank International (Avstriya) ilə də əməkdaşlığımız mövcuddur.

 

“Beynəlxalq tərəfdaşlıqlar Bank Respublikanın dayanıqlı maliyyə modeli qurduğunu göstərir”

 

Beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq bankın inkişafında hansı rolu oynayır?

Bu əməkdaşlıqlar Bank Respublikanın beynəlxalq maliyyə sistemində etibarlı və dayanıqlı tərəfdaş kimi tanınmasının nəticəsidir.

EBRD, IFC və FMO kimi aparıcı beynəlxalq maliyyə institutları ilə uzunmüddətli əməkdaşlıq bankın korporativ idarəetmə, risklərin idarə olunması və şəffaflıq sahəsində beynəlxalq standartlara uyğunluğunu təsdiqləyir.

Bu tərəfdaşlıqlar Bank Respublikanın müştərilərinə qlobal bazarlara çıxış imkanı yaratmaqla yanaşı, ölkə iqtisadiyyatı üçün qeyri-neft sektoruna uzunmüddətli və münasib maliyyə resurslarının cəlbinə töhfə verir.

 

Bank Respublikanın beynəlxalq əməkdaşlıqlar üzrə gələcək planları nədən ibarətdir və Bank of China ilə tərəfdaşlıq hansı istiqamətlərdə inkişaf edə bilər?

Beynəlxalq əməkdaşlıqlar Bank Respublikanın uzunmüddətli strategiyasının ayrılmaz hissəsidir. Bank of China ilə qurulan əlaqəni yalnız müxbir hesab səviyyəsində deyil, mərhələli şəkildə daha geniş əməkdaşlıq platformasına çevirməyi hədəfləyirik.

Gələcək mərhələdə bu tərəfdaşlıq çərçivəsində ticarətin maliyyələşdirilməsi, sənədli əməliyyatlar, akkreditivlər və Çinlə ticarət edən sahibkarların layihələrinin maliyyə dəstəyi istiqamətində addımlar nəzərdə tutulur.

Ümumilikdə məqsədimiz Bank Respublikanı Çin və digər qlobal bazarlarla işləyən Azərbaycan biznesi üçün etibarlı, çevik və “bir pəncərə” prinsipi ilə fəaliyyət göstərən əsas bank tərəfdaşına çevirməkdir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.