Home » “Bank Respublika”dan özünüməşğulluq proqramına dəstək davam edir!

“Bank Respublika”dan özünüməşğulluq proqramına dəstək davam edir!

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Ölkəmizdə korporativ sosial məsuliyyət yönümlü proqramların hər zaman təşəbbüskarı və dəstəkçisi olan Bank Respublika, həssas əhali qruplarının özünüməşğulluğunun təşkili istiqamətində fəaliyyətinə dəstəyi davam etdirir.

Bu dəfə Bank tərəfindən Abşeron, Gəncə, Quba, Lənkəran, Masallı rayonlarında və Bakı şəhərində sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə kiçik biznesin qurulması üçün əvəzsiz olaraq material, avadanlıq və digər aktivlər təqdim edilib.

Bununla da Abşeronda kiçik poliqrafiya mərkəzi, Gəncə və Masallıda heyvandarlıq təsərrüfatı, Lənkəranda dizayner studiyası, Qubada arıçılıq təsərrüfatı, Bakı şəhərində broyler təsərrüfatı və kiçik restoranın yaradılması mümkün olub.

Qeyd edək bu tədbirlər, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.

Bankdan verilən məlumata əsasən, Özünüməşğulluq Proqramı çərçivəsində tədbirlər  ilin sonunadək ölkənin digər bölgələrində də icra olunacaq.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.