Home » “Bank Respublika”nın yeni Ağcabədi filialı fəaliyyətə başladı

“Bank Respublika”nın yeni Ağcabədi filialı fəaliyyətə başladı

by bbnadm
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Müştəri məmnuniyyəti və rahatlığını daim üstün tutan Bank Respublika, regionalarda filial şəbəkəsini genişləndirilməyə davam edir. Belə ki, Bank Ağcabədi şəhərində özünün 32-ci xidmət nöqtəsini müştərilərin ixtiyarına verib.

Təntənəli açılışda iştirak edən bankın rəhbərliyi, yüksək standartlara cavab verən yeni filialın açılışını bildirən rəmzi qırmızı lenti kəsərək filialı müştərilərin istifadəsinə verib. Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin rəhbərliyi ölkənin aparıcı bankından biri olan “Bank Respublika”nın Ağcabədidə filial açmasının sahibkarlıq fəaliyyətinin dəstəklənməsində eləcə də yeni iş yerlərinin açılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və filialın kollektivinə işlərində uğurlar arzulayıb.

Geniş və müasir interyeri ilə seçilən filialda müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün məqamlar nəzərə alınıb. Yeni filial – Ağcabədi şəhəri, Həzi Aslanov küçəsində fəaliyyət göstərəcək.

“Bank Respublika”nın hal-hazırda ölkənin bütün regionlarını əhatə edən 29 filialı və 3 şöbəsi var. Bank, filial şəbəkəsinin genişləndirilməsi strategiyasına uyğun olaraq daha bir neçə yeni filial və şöbəni müştərilərin xidmətinə verməyi planlaşdırır.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.