26 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankında Azərbaycan Banklar Assosiasiyasına üzv bankların rəhbər şəxsləri ilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikasının Baş Prokurorluğunun nümayəndələri arasında görüş keçirilmişdir.
Görüş zamanı, bank-maliyyə xidmətlərindən sui-istifadə etməklə qanun pozuntularının törədilməsi və bu əməllərin qanunvericilik çərçivəsində qarşısının alınması istiqamətində əməkdaşlığın təkmilləşdirilməsinə həsr olunmuş mövzular ətrafında müzakirələr aparılmışdır.