Home » Bank VTB (Azərbaycan) filiallarının iş rejimini dəyişdi

Bank VTB (Azərbaycan) filiallarının iş rejimini dəyişdi

by bbnadm
0 comments 0 views 1 minutes read

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” 31 mart 2020-ci il, №122 qərarına uyğun olaraq bank VTB (Azərbaycan) filiallarının iş rejimini dəyişib. Belə ki, 20 aprel 2020-ci il tarixinədək bankın filialları aşağıdakı qrafik üzrə çalışacaq:

  • Müştəri xidməti mərkəzi və “Əcəmi” filialı

Bazar ertəsi – Cümə 09.00-dan16.00-dək

  • “Gənclik”, “Elmlər” və “Neftçilər” filialları

 Bazar ertəsi – Cümə 09.00-dan 14.00-dək

Bank müştərilərə filiallara ziyarətlərini azaltmağı və distant kanallardan istifadə etməyi tövsiyə edir. Müştərilər bank əməliyyatlarını Facebook sosial şəbəkəsinin messencerindəki DİRECT rəqəmsal bankı, eləcə də VTB Online İnternet/Mobil bank vasitəsilə həyata keçirə bilər.   

Bankın məhsul və xidmətləri barədə əlavə məlumatı 986 nömrəli Çağrı mərkəzinə zəng vuraraq əldə etmək olar.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.