Home » Bank VTB (Azərbaycan) Visa Token Service vasitəsilə təmassız ödənişlərə start verib

Bank VTB (Azərbaycan) Visa Token Service vasitəsilə təmassız ödənişlərə start verib

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Bank VTB (Azərbaycan) Visa Token Service texnologiyası üzərindən smartfon vasitəsilə təmassız ödəniş xidmətini işə saldı. Visa kart sahibləri bu xidmətdən NFC texnologiyasını dəstəkləyən Android platformalı mobil telefonlar vasitəsilə yararlana bilər.

Servisdən istifadəyə başlamaq üçün müştəri Direct Pay By VTB əlavəsini (Play Marketdə mövcuddur) smartfonuna yükləməli, avtorizasiya edilməli və öz bank kartını telefonda aktivləşdirməlidir.  Bundan sonra təmassız ödənişi dəstəkləyən istənilən POS-terminala mobil telefonu yaxınlaşdıraraq ödəniş etmək mümkündür.

Xidmət WhatsApp və Facebook mesencerində pulsuz əldə edilən virtual Direct kartı üçün də nəzərdə tutulub.

“VTB (Azərbaycan) müştətilərə rahat xidmət təklif etmək məqsədilə rəqəmsal həllər tətbiq edir. Tokenizasiya texnologiyası ödənişlərin təhlükəsizliyini təmin edir və nağdsız ödəniş prosesini daha da asanlaşdırır. İndi bank kartını özünüzlə daşımaq mütləq deyil, ödəniş etmək üçün mobil telefon kifayət edir. Biz Visa ilə birgə müştərilərimizə belə imkan yaratdığımız üçün çox məmnunuq və əminik ki, onlar bundan fəal şəkildə istifadə edəcəklər”, – deyə bank VTB (Azərbaycan)-ın idarə heyətinin üzvü, pərakəndə biznesin inkişafı departamentinin direktoru Dmitri Qalaşev bildirib.

“Sadəliyi və rahatlığı ilə təmassız mobil ödənişlər istehlakçılar arasında getdikcə populyar olur. Visa Token Service isə belə ödənişlərin yüksək səviyyədə təhlükəsizliyini təmin edir. Biz şadıq ki, Azərbaycanda bankların əksəriyyəti mobil ödənişlər üçün həlləri Visa Token Service üzərindən təklif edirlər, bununla da ümumilikdə nağdsız ödənişlərə istehlakçıların etibarını möhkəmləndirirlər”, – deyə Qafqaz regionu ölkələrində Visa-nın regional meneceri Kristina Doroş bildirib.

Visa Token Service texnologiyası ödəniş kartı haqqında gizli məlumatı unikal rəqəmsal identifikator- tokenlə əvəz edir ki, bu da ödənişləri mobil telefon vasitəsilə və istifadəçinin kart məlumatlarını paylaşmadan həyata keçirməyə imkan verir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.