Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Banklar iş yeri məlumatlarını hansı əsasla əldə edir? -Açıqlama - BBN

Banklar iş yeri məlumatlarını hansı əsasla əldə edir? -Açıqlama

Vətəndaşların şəxsi və məşğulluq məlumatlarının banklar tərəfindən hansı hallarda əldə edilə bilməsi ilə bağlı suallara aydınlıq gətirilib.

BBN.az xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) “aia.az”ın sorğusuna cavab olaraq bildirib ki, banklar müştərilərin məşğulluq və digər fərdi məlumatlarını yalnız müvafiq hüquqi əsas olduğu halda və fərdi məlumatların mühafizəsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun şəkildə əldə edə bilərlər.

ABA-nın məlumatına görə, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, qanunvericilikdə fərdi məlumatların məcburi toplanılması və işlənilməsi nəzərdə tutulan hallar istisna olmaqla, şəxsin məlumatlarının toplanılması və işlənilməsinə onun qanunvericiliklə müəyyən edilmiş qaydada verdiyi razılıq və ya özü tərəfindən yazılı şəkildə təqdim etdiyi məlumatlar əsasında yol verilir.

Bildirilib ki, müştərilər bank xidmətlərindən istifadə etmək üçün müraciət etdikləri zaman müvafiq razılıq ərizəsi imzalayırlar. Həmin sənəddə fərdi məlumatların, o cümlədən məşğulluq məlumatlarının sorğulanmasına verilən razılığın qüvvədə olma müddəti də müəyyən edilir.

Bu müddət ərzində bank tərəfindən məlumatların əldə edilməsi müştərinin əvvəlcədən verdiyi razılıq əsasında həyata keçirilir.

“mygov” üzərindən razılıqları idarə etmək mümkündür

ABA qeyd edib ki, vətəndaşlar “mygov” platformasının “İcazələrin idarə edilməsi” funksiyası vasitəsilə özəl qurumların fərdi məlumatlarını sorğulamasına verdikləri icazələrə nəzarət edə bilərlər.

Belə ki, istifadəçi verdiyi razılığın qüvvədəolma müddətini dəyişə, məlumat sorğusunu dayandıra və daha sonra yenidən aktivləşdirə bilər.

Assosiasiyanın açıqlamasına görə, bu hüquqi və texnoloji mexanizmlər fərdi məlumatların yalnız müəyyən edilmiş hüquqi əsas və məqsədlər çərçivəsində işlənilməsini təmin etməklə yanaşı, vətəndaşlara öz məlumatları ilə bağlı aparılan sorğulara nəzarət imkanı yaradır.

Related posts

AMB sədr müavini Özbəkistan Mərkəzi Bankının rəsmisi ilə görüşüb

AI agentləri kibersığorta bazarında yeni risk yaradır

ABŞ-da 39 bank assosiasiyası öz blokçeyn şəbəkəsini yaradır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı