Home » Banklar üçün Net Zero xəritəsi: SBTi maliyyə sektoruna yeni tələblər açıqladı

Banklar üçün Net Zero xəritəsi: SBTi maliyyə sektoruna yeni tələblər açıqladı

by Zeyneb
0 comments 1 views 1 minutes read
Dünyanın aparıcı iqlim standartlarını müəyyən edən Science Based Targets initiative (SBTi) banklar və digər maliyyə institutları üçün “Net Zero” hədəfinə çatmaq üzrə yeni metodologiya hazırlayıb. Yeni standartlar maliyyə qurumlarının karbon emissiyalarını azaltmaq və iqlim risklərini daha effektiv idarə etmək üçün yol xəritəsi təqdim edir.
Sənədə əsasən, banklar, sığorta şirkətləri, investisiya fondları və kapital bazarının digər iştirakçıları 2050-ci ilə qədər sıfır emissiya hədəfinə çatmaq üçün ölçülə bilən və məlumat əsaslı hədəflər müəyyən etməlidir. Bu çərçivədə maliyyə institutları portfellərindəki karbon izlərini azaltmalı, daha sonra isə qalıq emissiyaları neytrallaşdırmalıdırlar.
SBTi-nin texniki direktoru Alberto Carrillo Pineda bildirib ki:
“Maliyyə institutlarının iqtisadiyyata təsir imkanları onlara Net Zero keçidində mühüm transformasiya gücü qazandırır.”
Yeni standartda xüsusilə fosil yanacaq sektoruna yönəlmiş maliyyələşmənin dayandırılması diqqətə çəkilir:
•Fosil yanacaq layihələrinin genişlənməsinə birbaşa maliyyələşmə dərhal dayandırılmalıdır;
•Kömür hasilatına yönəlmiş “ümumi təyinatlı maliyyə” ləğv edilməlidir;
•Neft və qaz sektorunda genişlənməni dəstəkləyən maliyyələşməyə 2030-cu ildən sonra son qoyulmalıdır;
•Deforestasiya riski olan layihələrə dair 2030-dək dəyərləndirmə və tədbir planı təqdim olunmalıdır.
Maraqlıdır ki, Niderlandın ING bankı bu standartlara uyğun ilk beynəlxalq bank kimi tanınıb. Bank 2040-cı ilə qədər neft-qaz layihələrinə, 2025-dək isə kömür stansiyalarına maliyyəni sıfırlamağı öhdəsinə götürüb.
Bununla yanaşı, ABŞ və Avropadakı bir sıra nəhəng banklar — o cümlədən JPMorgan, Morgan Stanley, BlackRock və HSBC — 2025-ci ildə BMT-nin Net Zero Bankçılıq Alyansından çıxaraq iqlim öhdəliklərini geri çəkiblər.
Ekspertlər bu meyli beynəlxalq siyasi dəyişikliklər, xüsusən də ABŞ-da administrasiya dəyişikliyi və Trampın iqlim siyasətinə tənqidi yanaşması ilə əlaqələndirirlər.
Mənbə: The Wall Street Journal, 22.07.2025
Yazı müəllifi: Yusuf Khan – WSJ Pro

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.