Home » “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası”nın təsdiq edilməsi barədə

“Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası”nın təsdiq edilməsi barədə

by khayale
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 31 yanvar 2024-cü il tarixli 06/6 nömrəli Qərarı ilə “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası”nın yeni redaksiyası təsdiq edilmiş və 13 mart 2024-cü il tarixindən qüvvəyə minəcəkdir. Qaydanın qəbulu ilə 2001-ci ildən qüvvədə olan “Banklara aidiyyatı olan şəxslərlə əməliyyatların aparılması Qaydaları” ləğv edilmişdir. Yenilənmiş Qaydada beynəlxalq standartların son tələbləri, aktivlərin riskinə proporsional təminatlılıq tələbləri, bankda çevik qərarvermə prosesləri, habelə əvvəlki qaydadakı tələblərin daha da təkmil formada əksi ehtiva olunmuşdur.

Yeni Qaydada aidiyyəti şəxs anlayışı dəqiqləşdirilmiş, anlayışda nəzərə alınan dolayı yolla iştirakın həddi, habelə aidiyyəti şəxslərlə güzəştli əməliyyatların qadağan edilməsi tələbində güzəştin hesablama metodologiyası müəyyən edilmişdir.

Qaydada aidiyyəti şəxs kreditləri həcminə görə əhəmiyyətli və qismən əhəmiyyətli aidiyyəti şəxs krediti kateqoriyalar üzrə təsnifləşdirilərək bu kreditlərə diferensial təminatlılıq tələbləri müəyyən edilmiş, habelə banklarda aidiyyəti şəxslərlə əməliyyatlar üzrə qərarvermə prosesinə dair tələbləri müəyyən edilmişdir.

Bundan əlavə, bankların fəaliyyətinə nəzarət prosesi zamanı aidiyyəti şəxslərlə əməliyyatlarında aşkar edilmiş normativ pozuntularının aradan qaldırılması üzrə müddətlər, eyni zamanda aidiyyəti şəxslərlə aparılmış əməliyyatlara dair Mərkəzi Banka təkmil hesabatlıq tələbləri müəyyən edilmişdir.

Bütövlükdə, yenilənmiş Qayda aidiyyəti şəxslərlə daha təhlükəsiz və sağlam bank əməliyyatlarının həyata keçirilməsini təmin edəcək, habelə bu əməliyyatlar üzrə şəffaflığın artırılmasına xidmət edəcəkdir.

Yeni tələblər barədə daha ətraflı məlumatla link vasitəsilə tanış olmaq olar:

https://e-qanun.az/framework/56340

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.