Home » “Banklarda ekoloji risklərin idarə edilməsi” üzrə təlimat sənədinin təqdimatına dair onlayn iclas keçirilib

“Banklarda ekoloji risklərin idarə edilməsi” üzrə təlimat sənədinin təqdimatına dair onlayn iclas keçirilib

by anar
0 comment 6 views 1 minutes read

06 avqust 2024-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin təsdiq etdiyi “Banklarda ekoloji risklərin idarə edilməsi” üzrə təlimat sənədinin Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların aidiyyəti sahə üzrə nümayəndələrinə təqdimatına dair onlayn iclas keçirilib. 

İclas zamanı təlimat sənədində qeyd edilən məsələlər ilə əlaqədar müzakirələr aparılıb. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 11 iyul 2024-cü il tarixli qərarı ilə “Banklarda ekoloji risklərin idarə edilməsi üzrə təlimat” sənədi təsdiq edilib. Təlimatın əsas məqsədi iqlim və digər ekoloji risklərin banklarda risklərin idarə edilməsi sisteminə inteqrasiyasını və həmin risklərə qarşı dayanıqlılığının artırılmasını təmin etməkdir.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.