4
BBN.az analitika portalı yeni bazar araşdırmasını Sizə təqdim edir. Bu yazıda banklarda milli valyutada verilən nağd istehlak kreditlərinin faiz dərəcələri təqdim edilib.
Araşdırmaya əsasən, manatla istehlak krediti verən bankların faiz dərəcələri 13-29% aralığında müəyyən edilib. Banklar içərisində verilən kreditin ən yüksək faiz dərəcəsi 21-29%-lə “PAŞA Bank ASC”-yə, ən aşağı faiz dərəcəsi isə 13%-lik göstərici ilə “Yelo bank ASC” –yə məxsusdur.
Paşa bankda isə istehlak krediti yalnız həmin bankdan əmək haqqı alan kart sahiblərinə verilir.