Home » Bankların manatla saxlamalı olduğu məcburi ehtiyatların məbləği artmışdır

Bankların manatla saxlamalı olduğu məcburi ehtiyatların məbləği artmışdır

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İnflyasiyanın daxili və xarici mühitində müşahidə olunan risklərə reaksiya olaraq Mərkəzi Bank antiinflyasiya xarakterli pul siyasətini davam etdirir. Pul təklifinin effektiv tənzimlənməsi və bank sistemində likvidliyin təmərküzləşməsinin məhdudlaşdırılması məqsədilə məcburi ehtiyat normalarına dair qəbul edilmiş qərara uyğun olaraq 2023-cü ilin fevral ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun saxlamağa başlamışlar.

Mart ayında bankların manatla saxlamalı olduğu məcburi ehtiyatların məbləği yanvar ayı ilə müqayisədə 371 mln. manat (57%) artmışdır. Sterilizasiya əməliyyatlarının effektivliyini yüksəltmək üçün Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 1 günlük depozit daimi imkan alətləri üzrə kvota 27 fevral 2023-cü il tarixindən artırılmışdır. Eyni zamanda Mərkəzi Bank tərəfindən 7 günlük REPO əməliyyatlarının keçirilməsinə başlanılmışdır. Qeyd olunan qərarlar monetar şərait vasitəsilə inflyasiyanın tələb amillərinin tənzimlənməsinə imkan verir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.