Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Barbadosun dövlət xidmətlərinə məsul naziri "ASAN xidmət"də - BBN

Barbadosun dövlət xidmətlərinə məsul naziri “ASAN xidmət”də

Barbadosun dövlət xidmətlərinə məsul naziri Şantal Munro-Nayt “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

​Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Həmçinin Dövlət Agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi, o cümlədən “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.

​Qonaq “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində “ASAN xidmət” tərəfindən Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunun uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

​Barbadoslu nazir “ASAN xidmət”in və burada tətbiq olunan innovativ yeniliklərin onda yüksək təəssürat yaratdığını bildirib. Həmçinin bu təcrübənin Barbadosda tətbiqi ilə bağlı əməkdaşlıq edəcəyini vurğulayıb.

​Qonaq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə də yaxından tanış olub.

Related posts

The International PLUS-Forum Digital Uzbekistan will be held in Tashkent for the sixth time

Bu ilin I rübündə 98,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Cari ilin I rübündə sahibkarlara 16 “Startap” şəhadətnaməsi verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı