Home » Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib

Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Novruz bayramı ilə əlaqədar olaraq 20 – 26 mart tarixlərində növbəli iş qrafiki əsasında işləyən “Azərpoçt” 400 mindən çox vətəndaşa xidmət göstərib.

“Azərpoçt”dan bildirilib ki, Bakı şəhəri üzrə poçt, maliyyə və digər xidmətlərdən faydalanan vətəndaşların sayı 28,714, regionlarda isə 369,730 nəfər təşkil edib.

“Bundan əlavə, ölkədəki bir sıra karqo şirkətlərinə daşıma xidməti göstərən “Azərpoçt” bu sahədə də aktiv şəkildə fəaliyyət göstərib. Belə ki, elektron kommersiya üzrə 20 minə yaxın əməliyyat icra olunub. Onu da qeyd etməliyik ki, ölkə üzrə çatdırılan onlayn sifarişlərin 70 faizdən çoxu regionların payına düşür. Bu da “Azərpoçt”un regionlardakı xidmətin keyfiyyətini qaldırması ilə birbaşa düz mütənasibdir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.