Home » Belarus və Tatarıstanda virtual sərgilər keçiriləcək

Belarus və Tatarıstanda virtual sərgilər keçiriləcək

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

16 – 19 iyun 2020-ci il tarixində Belarus Respublikasının “Made in Belarus AgroFood” adlı ilk virtual aqrar sərgisi keçiriləcək. “Made in Belarus AgroFood” sərgisi kənd təsərrüfatı sektorunun iştirakçılarını, idxalçıları və ixracatçıları virtual məkanda bir araya gətirəcək. Sərgidə bütün təqdimatlar rus və ingilis dillərində aparılacaq. Virtual sərgi çərçivəsində kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən mütəxəssislərin iştirakı ilə ilk beynəlxalq aqrar virtual forumun da keçirilməsi planlaşdırılır.

Virtual sərgiyə ziyarətçi və ya iştirakçı kimi qatılmaq istəyən Azərbaycanın kiçik və orta biznes subyektləri məlumat üçün sərginin təşkilatçıları ilə əlaqə saxlaya bilərlər: telefon: +375 17 334 82 02, +375 44 509 12 08 (Viber, Telgram, WhatsApp), e-mail: Katerina@belinterexpo.by , internet səhifəsi: www.belinterexpo.by

Ənənəvi olaraq hər il Tatarıstan Respublikasında təşkil olunan “ВолгаCтройEкспо” İnşaat Sərgisi də bu il virtual formatda keçiriləcək. 17-19 iyun 2020-ci il tarixində təşkil olunacaq virtual sərgidə inşaat sektoruna dair məhsullar nümayiş olunmaqla yanaşı, bu sahənin nümayəndələrinin iştirakı ilə virtual görüş və tədbirlərin keçirilməsi də planlaşdırılır.

Azərbaycanın kiçik və orta biznes subyektləri məlumat üçün sərginin təşkilatçıları ilə əlaqə saxlaya bilərlər: telefon: +843 202 29 08, e-mail: expokazan05@mail.ru , internet səhifəsi: www.volgastroyexpo.expokazan.ru

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.