Home » Beyləqanda sosial sahədə rəqəmsal savadlılıq təlimi keçiriləcək

Beyləqanda sosial sahədə rəqəmsal savadlılıq təlimi keçiriləcək

by Aytac
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi bölgələrdə əhalinin sosial sahə üzrə elektron xidmətlərə dair savadlılığının artırılması üçün təlimləri davam etdirir.

Növbəti təlim avqustun 30-u saat 11:00-da Beyləqan rayonunda Tarix Muzeyi Mərkəzində keçiriləcək.

Təlimdə yerli sakinlərə sosial sahə üzrə e-xidmətlər və onlardan istifadəyə dair praktik məlumatlar veriləcək.

Təlimin ardınca DSMF-nin adıçəkilən rayonda yerləşən qəbul şöbəsində vətəndaşlar üçün yardım masaları təşkil olunacaq. Filiala yaxınlaşan və  e-xidmətlərlə bağlı hərhansı sualı olan vətəndaşlara rəqəmsal dəstək göstəriləcək.

Bu tədbirlər Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının müvafiq bəndinə əsasən təşkil olunur. Məqsəd regionlarda əhalinin rəqəmsallaşma istiqamətində bilik və bacarıqlarının artırılmasıdır.

İndiyədək Bərdə, Füzuli, Göygöl, Daşkəsən, Goranboy, Balakən və Zaqatala  rayonlarında belə təlimlər keçirilib və digər bölgələrində də təşkili nəzərdə tutulub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.