Home » IIF qlobal borclanma səviyyəsi ilə bağlı növbəti hesabatı açıqlayıb

IIF qlobal borclanma səviyyəsi ilə bağlı növbəti hesabatı açıqlayıb

by bbnadm
0 comment 0 views 1 minutes read

Aşağı faiz tendensiyası hökumətlər və irihəcmli korporasiyaların maliyyə vəsaitlərinə çıxışını asanlaşdırıb və hər il daha çox qurumları cəlb edib. Bunun nəticəsidir ki, 2019-cu ilin üçüncü rübündə beynəlxalq borc həcmi 253 trilyon dollara yaxınlaşır. Bu barədə, Beynəlxalq Maliyyə İnstitutunun (IIF) son hesabatında qeyd olunub.

Hesabata görə, məcmu beynəlxalq borc ikinci rübün sonunda 250.9 trilyon dollardan 253 trilyon dollar səviyyəsinə qalxaraq rekord qırıb. Qeyd edək ki, bu göstərici ümumi beynəlxalq istehsal həcminin 322%-inə bərabərdir. Hesabatda həmçinin, 2020-ci ilin ilk rübündə beynəlxalq borc həcminin 257 trilyon dolları ötəcəyi proqnozlaşdırılıb. Ən böyük məcmu borc yükü isə Çin Xalq Respublikasına məxsusdur. Belə ki, Çinin cari borcu ÜDM-in 310%-i həcmindədir.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.