Home » Beynəlxalq reytinqdə Azərbaycanın kibertəhlükəsizlik indeksi xeyli irəliləyib

Beynəlxalq reytinqdə Azərbaycanın kibertəhlükəsizlik indeksi xeyli irəliləyib

by bbnadm
0 comments 0 views 1 minutes read

Beynəlxalq Telekommunikasiya İttifaqının “Qlobal kibertəhlükəsizlik indeksi 2020” (Global Cybersecurity Index, GCI) hesabatı dərc edilib.

Azərbaycan reytinqdə mövqeyini 15 pillə yaxşılaşdıraraq 40-cı yerdə qərarlaşıb. Ölkəmiz ümumilikdə 89.31 xal toplayıb.

Ölkələrin “GCI” indeksinin müəyyən edilməsi məqsədilə müvafiq məlumatların toplanması 2014-cü ildən həyata keçirilir. “GCI” indeksi dövlətlərin kibertəhlükəsizlik səviyyəsini beş əsas sahə üzrə qiymətləndirməklə ranqlaşdırma məqsədi daşıyır: 

1. Hüquqi tədbirlər (qanunvericilik, tənzimləmə və nəzarət); 

2. Texniki tədbirlər (CERT, standartlar, sertifikatlaşdırma); 

3. Təşkilati tədbirlər (siyasət, strategiya, cavabdeh təşkilat, milli qiymətləndirmə); 

4. Kadr potensialının gücləndirilməsi tədbirləri (standartların işlənməsi, insan resurslarının inkişafı, peşəkarların və təşkilatların sertifikatlaşdırılması); 

5. Əməkdaşlıq (idarələrarası, idarədaxili, dövlət-özəl sektor, beynəlxalq). 

“GCI” indeksi qeyd olunan beş istiqaməti xarakterizə edən 20 indikatoru bir indeksdə birləşdirir. 

“Qlobal kibertəhlükəsizlik indeksi 2020” hesabatında Azərbaycan MDB ölkələri arasında Rusiya və Qazaxıstandan sonra 3-cü yerdədir. 

Ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqına üzv olan 194 ölkə arasında İsveçrə (42), Tunis (45), İrlandiya (46), İran (54), Gürcüstan (55), İslandiya (58), Rumıniya (62), Sloveniya (67), Çexiya (68), Ukrayna (78) kimi ölkələri qabaqlayıb.

Reytinqdə ilk yerləri isə müvafiq olaraq, ABŞ, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, Estoniya, Cənubi Koreya, Sinqapur, İspaniya bölüşür.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.