Home » Beynəlxalq Startap Yarışmasında Azərbaycanı təmsil edəcək startap məlum oldu

Beynəlxalq Startap Yarışmasında Azərbaycanı təmsil edəcək startap məlum oldu

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Dünyanın 80 ölkəsindən startapların iştirak edəcəyi İslam İnkişaf Bankının Beynəlxalq Startap Yarışmasında Azərbaycanı təmsil edəcək startap məlum oldu.

Sentyabrın 10-da təşkil olunmuş onlayn tədbirdə yarışmanın ölkə üzrə milli seçim mərhələsinə müraciət etmiş startaplar Münsiflər Heyəti qarşısında öz startap layihələrini təqdim ediblər. Qeyd edək ki, Münsiflər Heyəti yarışmanın Azərbaycan üzrə rəsmi tərəfdaşı olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), İslam İnkişaf Bankının və İslam İnkişaf Bankı Qrupunun İllik İnvestisiya Toplantısının təşkilat komitəsinin üzvlərindən ibarət olub.

Münsiflər Heyətinin qərarı ilə “Mina – Made in Azerbaijan” startup komandasının yuyucu vasitələrdən istifadə etmədən əşyaları təmizləyən elektron cihazı – “W-ball” layihəsi Azərbaycan üzrə milli turun qalibi seçilib.

Qalib startap Azərbaycanı 29 oktyabr 2020-ci il tarixində Dubayda keçiriləcək Beynəlxalq Startap Yarışmasında təmsil edəcək. Dubayda təşkil olunacaq yarış bilavasitə iştirak formatında keçiriləcəyi təqdirdə milli təmsilçinin bütün xərcləri İslam İnkişaf Bankı tərəfindən qarşılanacaq. Beynəlxalq Startap Yarışmasında ümumilikdə 5 qalib seçiləcək və onların hər birinə 10 min ABŞ dolları məbləğində mükafat veriləcək. Həmçinin, İslam İnkişaf Bankı tərəfindən qalib startapların gələcək inkişafına maliyyə dəstəyi göstərilə bilər.

Qeyd edək ki, Beynəlxalq Startap Yarışmasının Azərbaycan üzrə milli seçim mərhələsinə sentyabrın 1-də start verilib. Yarışmanın tələblərinə uyğun gələn, mobil tətbiqlər, ağıllı cihazlar, onlayn xidmətlər kimi sahələrdə fəaliyyət göstərən 15 startap milli seçim turunda iştirak edib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.