Home » Beynəlxalq yay məktəbi çərçivəsində Almaniya və Azərbaycandan olan tələbələr ARDNF-yə səfər ediblər

Beynəlxalq yay məktəbi çərçivəsində Almaniya və Azərbaycandan olan tələbələr ARDNF-yə səfər ediblər

by Aytac
0 comments 1 views 1 minutes read

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) əməkdaşlığı ilə təşkil olunan “Enerji keçidində: Postneft İqtisadiyyatı, Alternativ Enerji, Ətraf Mühitin Mühafizəsi” 5-ci beynəlxalq yay məktəbi çərçivəsində Almaniya və Azərbaycandan olan bir qrup tələbə ARDNF-yə səfər ediblər.

Fondun inzibati binası və muzeyi ilə tanış olan tələbələrə daha sonra Fondun Neft kontraktları departamentinin direktoru Əli Sultanlı, Büdcə proqnozlaşdırma və layihələr departamentinin Layihələr şöbəsinin baş iqtisadçısı Aysel Sadıqlı və İnvestisiya departamentinin Daşınmaz əmlak şöbəsinin treyderi Günel Musayeva tərəfindən ARDNF-nin investisiya fəaliyyəti, neftdən əldə edilən gəlirin bölündüyü sahələr, vəsaitlərin idarə olunması və ölkənin sosial-iqtisadi tərəqqisinə xidmət missiyası altında Fondun maliyyələşdirdiyi ümummilli layihələr barədə ətraflı məlumat verilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.