Home » “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

“Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

by khayale
0 rəy 4 baxış 1 dəqiqə oxuma

16-17 noyabr 2023-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və Elm və Təhsil Nazirliyinin (ETN) İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Konfransda beynəlxalq nəqliyyat dəhlizlərinin Avrasiya kontinentində iqtisadi inkişafa təsiri, Zəngəzur dəhlizinin açılması və mövcud nəqliyyat sistemlərinə inteqrasiyası, bu sistemlərin inkişaf etdirilməsi və rəqəmsallaşdırılması, dəhliz boyu ölkələrdə innovativ gömrük mexanizmlərinin tətbiqi problemləri müzakirə olunacaq.

Konfransda yerli və xarici dövlət qurumlarının, beynəlxalq təşkilatların, beyin mərkəzlərinin əməkdaşları, alimlər, beynəlxalq nəqliyyat şirkətlərinin rəhbərləri iştirak edəcəklər.

Konfrans noyabrın 16-da Zəngilan Konqres Mərkəzində (Zəngilan şəhəri) və 17-də “Baku Marriott Boulevard” otelində (Bakı şəhəri) əyani formada keçiriləcək. Məruzə və müzakirələrin internet üzərindən açıq izlənməsi imkanı təmin ediləcək.

Konfransın işçi dilləri – Azərbaycan, ingilis və rus dilləridir.

Müraciətlər, məruzə mətnləri və tezisləri bu il oktyabrın 15-dək https://form.jotform.com/231982166972063 portalına və ya zengilankonfrans2023@gmail.com elektron ünvanına göndərilməlidir.

Konfransın materialları kitab şəklində nəşr olunacaq. Təqdim olunan əsərlərin tərtibi qaydaları ETN İqtisadiyyat İnstitutunun saytında yerləşdirilmişdir (http://economics.com.az/).

Əlavə məlumatları Təşkilat Komitəsinin əlaqələndiricisi, i.f.d., dosent Azər Səfərovdan almaq mümkündür (mob.: +994 50 747 26 49).

Təqdim olunan əsərlərin tərtibi qaydaları (yüklə)

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.