Home » Beynəlxalq Ticarət Mərkəzi Azexport portalı ilə birgə layihə barədə məqalə dərc edib

Beynəlxalq Ticarət Mərkəzi Azexport portalı ilə birgə layihə barədə məqalə dərc edib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Birləşmiş Millətlər Təşkilatı (BMT) və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) tərəfindən yaradılan Beynəlxalq Ticarət Mərkəzi (International Trade Center – ITC) Azexport portalı ilə bərabər həyata keçirilən layihə barədə məqalə dərc edib.

Məqalədə qeyd olunur ki, COVİD-19 pandemiyası dövründə Azərbaycan sahibkarlarının pandemiyanın təsirlərindən daha az zərərlə çıxması üçün Azexport.az elektron ticarətin yaratdığı imkalardan geniş istifadəyə dair mütəmadi maarifləndirmə işləri həyata keçirib. Bu müddət ərzində ümumilikdə onlayn təşkil olunan 7 təlimlə elektron ticarət və logistika, Amazon elektron ticarət platformasında satıcı hesablarının açılması, məhsulların düzgün nümayiş olunması ilə yanaşı elektron ödənişlər barədə də praktik bilik və bacarıqlar uğurla tədris olunub. Təlim iştirakçılarının da yaradılan bu imkandan razı qaldıqları və təlimlərin praktik istifadə baxımından məhsuldar hesab etdikləri vurğulanıb. Təlimlərdə 100-dən artıq sahibkar iştirak edib.

Qeyd edək ki, ITC Azexport portalı ilə bərabər “Ticarətə hazır ol” (Ready to Trade) layihəsi çərçivəsində sahibkarların Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsi məqsədi ilə yeni təlim və seminarların təşkilini davam etdirir.
Beynəlxalq Ticarət Mərkəzinin saytındakı məqalə ilə bu link vasitəsilə tanış olmaq mümkündür: https://bit.ly/2XmKhjh

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.