Beynəlxalq Əmək Təşkilatının (BƏT) və İnklüziv İnkişaf üçün Beynəlxalq Siyasət Mərkəzinin birgə təşkilatçılığı ilə “Ərəb regionunda sosial yardım və sosial sığorta arasında keçidin asanlaşdırılması” mövzusunda beynəlxalq vebinar keçirilib.
Vebinarda sosial yardım və sosial sığorta arasında daha yaxşı inteqrasiya üçün ən böyük maneələr, sosial yardım alanların gəlir gətirən əmək fəaliyyəti ilə məşğul olmalarına və sosial sığorta haqqı ödəmələrinə mane olan məqamlar, sosial yardım və sosial sığorta arasında keçidin asanlaşdırılmasında universal sosial müdafiə pillələrinin rolu müzakirə edilib.
Eləcə də MDSS haqqına əsaslanmayan sosial müdafiədən MDSS haqqına əsaslanan sosial müdafiəyə inteqrasiya və keçidi daha da asanlaşdırmaq üçün sosial təminat sistemlərinın dizaynı, modelin vətəndaşlığı olmayanlara tətbiqini təmin etmək üçün zəruri mülahizələr ətrafında fikir mübadiləsi aparılıb.
Beynəlxalq vebinar keçirilib
2