Home » Beynəlxalq Maliyyə Korporasiyası ilə tərəfdaşlığın inkişafı müzakirə olunub

Beynəlxalq Maliyyə Korporasiyası ilə tərəfdaşlığın inkişafı müzakirə olunub

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Beynəlxalq Maliyyə Korporasiyasının Avropa üzrə regional direktoru ilə görüşdə dövlət-özəl sektor tərəfdaşlığı və potensial layihələr müzakirə edilib.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa üzrə regional direktoru İnes Roşa ilə görüşüb.

Görüşdə bildirilib ki, ölkəmizdə aparılan iqtisadi islahatlar beynəlxalq maliyyə qurumları tərəfindən dəstəklənir. Azərbaycanın IFC ilə əməkdaşlığının genişlənməsi, bu kontekstdə ölkəmizdə mütərəqqi təcrübə və yeniliklərin təşviqi önəm daşıyır. Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri, əlverişli işgüzar mühiti, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib. Qeyd olunub ki, ölkəmizin iştirakçısı olduğu nəhəng layihələr regionda dayanıqlı inkişafa nail olunmasında önəmli faktora çevrilib. Diqqətə çatdırılıb ki, ölkəmizdə dövlət-özəl sektor tərəfdaşlığı üzrə layihələrin reallaşdırılması üçün böyük imkanlar var.

Tərəflər COP29, dövlət-özəl sektor tərəfdaşlığı, dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı layihəsi üzrə əməkdaşlıq və IFC-nin cəlb oluna biləcəyi potensial layihələr barədə müzakirə aparıblar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.