
Dünyanın aparıcı mərkəzi bankları beynəlxalq ödəniş sistemlərini sürətləndirmək üçün yarış halındadır. Bu təkcə texnoloji məsələ deyil, həm də qlobal iqtisadi güc mübarizəsinə çevrilmiş strateji sahədir. Financial Times-in premium məqaləsində bu proses həm innovasiyaların sürücüsü, həm də geopolitik arena kimi qiymətləndirilir.
BBN.az xəbər verir ki, məqalədə qeyd olunur ki, SWIFT GPI, Project mBridge, Project Agorá kimi yeni sistemlər sadəcə ödənişləri sürətləndirməyəcək, həm də qlobal maliyyə infrastrukturunun əsas qaydalarını dəyişə bilər.
Digər nəşrlərə görə, G20 ölkələri ödəniş xərclərini azaltmaq, sürəti və şəffaflığı artırmaq üçün konkret yol xəritəsi hazırlayıb. BRICS ölkələri isə dollar-dominant sistemə alternativ kimi BRICS Pay adlı ortaq ödəniş platformasını gündəmə gətirib.




