Home » Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub

Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan  Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əhalinin sosial müdafiəsinin gücləndirilməsinin Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən olduğunu vurğulayıb. Ölkəmizdə aparılan sosial islahatları qeyd edən nazir xüsusilə son illər sosial ödənişlərdəki ciddi artımları diqqətə çatdırıb.

Həmçinin 2022-ci ilin əvvəlindən Azərbaycanda sosial ödənişlərin artımını nəzərdə tutan  növbəti islahat paketinin həyata keçirildiyi,  3,4 milyon şəxsi əhatə edən bu paket üçün illik əlavə 2,1 milyard manat ayrıldığı bildirilib.

Ümumən son 4 ildə ölkəmizdə əmək müqavilələrinin sayının 30 faiz, əmək haqqı fondunun 2,2 dəfə artdığı bildirilib. Bu ilin 1 may tarixinə əmək müqavilələrinin sayında ilin əvvəlinə nisbətən 7 min artım olduğu qeyd edilib. Özünüməşğulluq proqramının dəfələrlə genişləndiyi,  bu proqrama son 4 ildə 49 min ailənin cəlb edildiyi diqqətə çatdırılıb.

Postmüharibə dövründə ölkəmizdə həyata keçirilən sosial dəstək tədbirlərinin artıq 100 min şəxsi əhatə etdiyi, onlara 175 min sosial xidmət göstərildiyi qeyd olunub. 

Eləcə də son illər əmək və məşğulluq sahəsində innovativ həllərin geniş tətbiqi istiqamətində əldə olunan nailiyyətlər, “Əmək və Məşğulluq” altsistemi, onun əmək bazarı iştirakçıları üçün mühüm faydaları barədə məlumat verilib.

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Çad Şteyinberqin və nümayəndə heyətinin üzvlərinin fikirləri dinlənilib. Ölkəmizdə son illər həyata keçirilən sosial islahatlara, əmək bazarındakı yeniliklərə dair müzakirələr aparılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.