Home » BFB-də “CPM İnvestisiya Şirkəti” ASC-nin səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

BFB-də “CPM İnvestisiya Şirkəti” ASC-nin səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

20 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “CPM İnvestisiya Şirkəti” ASC ümumi dəyəri 400,000 (dörd yüz min) manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilmişdir.

23 dekabr 2022-ci il tarixində qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Səhmlərin yerləşdirilməsi 7 (yeddi) iş günü ərzində başa çatdırılacaqdır. Kütləvi təklif olunan səhmlərin yerləşdirilməsi aşağıdakı ardıcıllıqla həyata keçiriləcəkdir: ilk 2 iş günü ərzində üstünlük hüququna malik olan səhmdarlar arasında səhmlərin yerləşdirilməsi, daha sonra isə digər investorlar arasında səhmlərin yerləşdirilməsi baş tutacaqdır.

Yerləşdirmə üzrə anderrayter “CPM İnvestisiya Şirkəti” ASC-dir.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİNSəhmlərin növü və formasıSəhmlərin sayıNominal Dəyəri  Yerləşdirmə  formasıQ/k-ın Ticarətə buraxılma tarixi  Anderrayter  
AZ1001023204Adi adlı  sənədsiz  səhm400,000 (ədəd)1,000 manatAbunə yazılışı üsulu  23.12.2022“CPM İnvestisiya Şirkəti” ASC

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.