Home » BFB-də “yaşıl istiqraz”lar üzrə əlavə buraxılışlar reallaşa bilər

BFB-də “yaşıl istiqraz”lar üzrə əlavə buraxılışlar reallaşa bilər

by yunus
0 comments 0 views 1 minutes read

Yəqin ki, zamanla “yaşıl istiqraz”lar üzrə əlavə buraxılışları görəcəyik.

BBN.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov deyib.

Sədr ötən ilin mart ayında SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıldığını xətrladəb və qeyd edib ki, “yaşıl istiqraz”lar 5 illik müddətə buraxılır və ümumi buraxılış məbləği 200 milyon ABŞ dollarıdır: “Biz Bakı Fond Birjası olaraq “yaşıl istiqraz”ları dəstəkləmək üçün ayrıca bir “Green Bond Segment” (“yaşıl istiqrazlar” seqmenti) yaratmışıq. Həmin bazar seqmenti üçün bütün listinq komissiyalarını sıfırlamışıq. Yəni “yaşıl istiqraz” və yaxud da yaşıl kağız olaraq listinqə çıxmaq istəyən şirkət müvafiq kriteriyalara uyğun gəlirsə, listinq haqqından azad edirik”.

R. Xəlilov vurğulayıb ki, bazarda bu istiqamədə müəyyən sahələr üzrə şirkətlərin marağı var: “Xüsusən də enerji sektorunda “yaşıl istiqraz” buraxmaq istəyən şirkətlər var. Logistika sektoru üzrə də bir qism şirkətin “yaşıl istiqraz”a marağının olduğunu görürük. Sadəcə olaraq burada investisiya bankçılığı rolunu oynayan şirkətlərdən də çox şey asılıdır. Yəqin ki, zamanla “yaşıl istiqraz”lar üzrə əlavə buraxılışları görəcəyik”.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.