Home » BFB-dən yeni təşəbbüs: Kiçik emitentlər üçün ayrıca listinq seqmenti yaradılır

BFB-dən yeni təşəbbüs: Kiçik emitentlər üçün ayrıca listinq seqmenti yaradılır

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycanda kiçik emitentlər üçün listinq tələblərinin sadələşdirilməsi məsələsi gündəmdədir.

Bu barədə “Bakı Fond Birjası” QSC-nin (BFB) İdarə Heyətinin üzvü Oqtay Qasımov məlumat verib.

Onun sözlərinə görə, kiçik emitentlər üçün ayrıca listinq seqmentinin yaradılması nəzərdə tutulur və məsələ artıq təsdiq mərhələsinə yaxındır:

“Kiçik emitentlər üçün ayrıca seqmentin yaradılması planlaşdırılır. Layihə tərəfimizdən hazırlanıb və Azərbaycan Mərkəzi Bankı ilə ilkin müzakirələr aparılıb. Tənzimləyici qurumun bununla bağlı bir sıra tövsiyələri olub və həmin təkliflər də nəzərə alınacaq”, – deyə O.Qasımov bildirib.

Qeyd edək ki, təşəbbüsün əsas məqsədi kiçik və orta həcmli şirkətlərin kapital bazarlarına çıxışını asanlaşdırmaq və listinq prosesini daha əlçatan etməkdir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.