Home » BFB-də 11 ayda 58,1 milyard manatlıq əməliyyat həyata keçirilib

BFB-də 11 ayda 58,1 milyard manatlıq əməliyyat həyata keçirilib

by Zeyneb
0 comments 1 views 1 minutes read

Bu ilin yanvar–noyabr aylarında “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 58 milyard 173,391 milyon manat təşkil edib.

BFB-dən verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,7% azalıb.

Hesabat müddətində bağlanmış əqdlərin sayı isə 2,5 dəfə azalaraq 26 785 olub.

BFB-də dövriyyənin 80,5%-i (46 milyard 818,221 milyon manat) repo əməliyyatlarının payına düşüb ki, bu da illik müqayisədə 16,1% azalma deməkdir.

Yanvar–noyabr aylarında dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 57% artaraq 9 milyard 153,04 milyon manata, korporativ qiymətli kağızlar üzrə əqdlərin dəyəri isə 5,5% artaraq 2 milyard 202,13 milyon manata çatıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.