20 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “CPM İnvestisiya Şirkəti” ASC ümumi dəyəri 400,000 (dörd yüz min) manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilmişdir.
23 dekabr 2022-ci il tarixində qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Səhmlərin yerləşdirilməsi 7 (yeddi) iş günü ərzində başa çatdırılacaqdır. Kütləvi təklif olunan səhmlərin yerləşdirilməsi aşağıdakı ardıcıllıqla həyata keçiriləcəkdir: ilk 2 iş günü ərzində üstünlük hüququna malik olan səhmdarlar arasında səhmlərin yerləşdirilməsi, daha sonra isə digər investorlar arasında səhmlərin yerləşdirilməsi baş tutacaqdır.
Yerləşdirmə üzrə anderrayter “CPM İnvestisiya Şirkəti” ASC-dir.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN | Səhmlərin növü və forması | Səhmlərin sayı | Nominal Dəyəri | Yerləşdirmə forması | Q/k-ın Ticarətə buraxılma tarixi | Anderrayter |
AZ1001023204 | Adi adlı sənədsiz səhm | 400,000 (ədəd) | 1,000 manat | Abunə yazılışı üsulu | 23.12.2022 | “CPM İnvestisiya Şirkəti” ASC |
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.