Home » BFB ilə Asiya İnkişaf Bankı arasında Kiçik və Orta Sahibkarlığın Kapital Bazarlarında iştirakına dair görüş keçirilmişdir

BFB ilə Asiya İnkişaf Bankı arasında Kiçik və Orta Sahibkarlığın Kapital Bazarlarında iştirakına dair görüş keçirilmişdir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

15 Mart 2022-ci il tarixində Asiya İnkişaf Bankı ilə Kiçik və Orta Sahibkarlığın Kapital Bazarlarında iştirakına dair görüş keçirilmişdir. Keçirilən görüşün məqsədi Asiya İnkişaf  Bankının Asiyada Kiçik və Orta Sahibkarlığın Monitorinqi (AKM) nəşri ilə bağlı Bakı Fond Birjası ilə fikir mübadiləsi etmək olmuşdur.

Görüş əsnasında ötən il və bu il ərzində Bakı Fond Birjası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Birjanın üzvü olan investisiya şirkətləri və KOBİA-nın tərədaşlığı nəticəsində həyata  keçirilən İnvestisiya Səyahəti tədbirlərinin Kiçik və Orta Sahibkarlığın Kapital Bazarları barəsində məlumatlanmasında əhəmiyyəti barədə danışıldı. Bununla yanaşı, görüş zamanı Listinq Məsləhət Proqramının üstünlükləri də vurğulandı və bu proqrama qoşularaq Kiçik və Orta Sahibkarlıq nümayəndələrinin qiymətli kağız buraxılışında dəstək imkanın mövcudluğu bildirildi.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.